İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammiti öz işinə başlayıb.
Teleqraf.com-un məlumatına görə, Zirvə Toplantısına Beştəpə məscidinin imamı Adəm Kəmanəcinin Qurani-Kərim oxuması ilə start verilib.
Adəm Kəmanəci bildirib ki, bu cür mötəbər toplantını açmaq onun üçün şərəfdir.
Sammit çərçivəsində “Ədalət və sülh üçün həmrəylik” mövzusunda Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmir, Bosniya-Herseqovinadakı vəziyyət, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü kontekstində Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Sammitin sonunda İstanbul bəyannaməsi imzalanacaq.
İƏT üzvü olan dövlətlərin birinci xanımları “İƏT-ə üzv dövlətlərdə xərçəng xəstəliyinə qarşı mübarizədə birinci xanımların liderliyi” mövzusunda xüsusi iclas keçirəcəklər.
Qeyd edək ki, zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Nərgiz