Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmov aprelin 19-dan 22-dək Yunanıstanda səfərdə olacaq.
Teleqraf.com Milli Məclisin saytına istinadən xəbər verir ki, səfərin məqsədi Afina şəhərində Azərbaycan səfirliyinin təşkilatşılığı ilə deputat-yazıçının müəllifi olduğu “Görkəmli adamların həyatı” silsiləsindən yunan dilində çapdan çıxmış “Heydər Əliyev -lider və onun zamanı” adlı kitabın təqdimat mərasimində iştirak etməkdir.
Yunanıstanın tanınmış ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə deputatlarımız görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verəcək, fikirlərini bölüşəcəklər.
Bundan başqa millət vəkilləri Yunanıstan parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri ilə də görüşlər keçirəcəklər.
Nemət