29 Aprel 2016 12:16
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən sessiyada xahiş etmişdim ki, parlamentin Dostluq Qrupunun sədrləri beynəlxalq təşkilatlarla daha sıx işləsin, məktublar yazsın, həqiqətləri açıqlasın. Bəziləri məktub yazıb, ancaq bu işlə hamı məşğul olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

Sədr deyib ki, ABŞ senatı məktub yazır ki, Qarabağda müharibəni dayandırın: “Burada danışmaqdan daha çox beynəlxalq təşkilatlara yazmaq lazımdır. Çoxları heç bilmir ki, Qarabağ harada yerləşir. Ad çəkməyəcəm, ötən dəfə bir görüşdə xarici nümayəndə xəritəni açıb göstərirdi ki, bəyəm, Qarabağ Ermənistanla sərhəddə deyil? Çoxu heç bilmir münaqişə necə başlayıb, onun tarixi hara gedib çıxır. Ermənilər də yalan-şər maşınını işə salıblar.

Hesab edirəm ki, indi daha çox xarici təşkilatlara məktub yazmaq, vəziyyəti izah etmək, həqiqətləri anlatmaq lazımdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər