24 May 2016 11:15
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov mayın 25-26-da Astana şəhərində səfərdə olacaq.

Bu barədə Teleqraf.com-a SAM-ın mətbuat xidmətindən məlumat verilib.

F.Məmmədov səfərin ilk günü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü görüşündə iştirak və çıxış edəcək. Tədbirdə həmçinin Türkiyə və Qırğızıstanın strateji araşdırma mərkəzlərinin direktorları, Türk Şurası və dövlət qurumlarının rəhbərləri, ekspertlərin iştirakı planlaşdırılır.

Səfərin ikinci günü F.Məmmədovun 9-cu Astana İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər