Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rostov” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.
Kamran Quliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Xaqani Sadıxov və Şakir Seyidov fərqlənib.