Türkiyə millisinin baş məşqçisi Fatih Terim Çex millisinə qalib gələndən sonra mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Türkiyə millisinin devizinə çevrilmiş "Biz bitdi demədən bitməz" ifadəsinin ingilis dilinə tərcüməsi gülüşə səbəb olub.
İngilis jurnalistin "UEFA səhv edərək Türkiyənin şansının olmadığını söylədi. Tarix professoru ilə probleminizin olduğunu söylədiz. Bəlkə sabah riyaziyyat professoru ilə problem yaşamalı olacaqsınız" qeydinə Terim millinin devizini söyləməklə cavab verdi.
Terimi "Biz bitdi demədən bitməz" ifadəsini ingilis dilində "So nothing ever end... Until we say so" kimi tərcümə etməsi gülüşə səbəb oldu.
Ayxan