“Qalatasaray” klubunun prezidenti Dursun Özbək Fətullah Gülənlə yaxın münasibəti olan əfsanəvi futbolçu Hakan Şükürün klub üzvlüyündən kənarlaşdırılması ilə bağlı iddia qaldırıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, klub prezidenti məsələ ilə bağlı nizam-intizam komitəsi qarşısında tələblə çıxış edib.
Bu həftənin sonunda Hakan Şükürün klubdakı talehinə aydınlıq gətiriləcək.