6 Sentyabr 2016 14:34
333

Dünyanın ən çox qazanan məşqçilərinin siyahısı hazırlanıb.

Fanat.az xəbər verir ki, siyahıya Pep Qvardiola başçılıq edir.

“Mançester Siti”nin baş məşqçisi ildə 15,3 milyon funt-sterlinq qazanır. Onu 12,6 milyon funt-sterlinqlik gəlirlə "Bavariya"nı çalışdıran Karlo Ançelotti izləyir. İlk üçlüyü "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo qapayır: 12 milyon funt-sterlinq.

Onluq isə belədir:

1. Pep Qvardiola (“Mançester Siti”) - 15,3 milyon funt-sterlinq

2. Karlo Ançelotti ("Bavariya") - 12,6 milyon funt-sterlinq
3. Joze Mourinyo ("Mançester Yunayted") - 12,3 milyon funt-sterlinq
4. Arsen Venger ("Arsenal") - 8,9 milyon funt-sterlinq
5. Luis Enrike ("Barselona") - 7,2 milyon funt-sterlinq
6. Yurgen Klopp ("Liverpul") - 7 milyon funt-sterlinq
7. Antonio Konte ("Çelsi") - 6,6 milyon funt-sterlinq
8. Ronald Kuman ("Everton") - 6 milyon funt-sterlinq
9. Dieqo Simeone ("Atletiko") - 5,1 milyon funt-sterlinq
10. Zinəddin Zidan ("Real") - 4,6 milyon funt-sterlinq


Müəllif: