19 Oktyabr 2016 18:38
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milliyət"in yazarı Atilla Gökcə Fatih Terimlə Arda Turanın barışacağını iddia edib. Fanat.Az xəbər verir ki, köşə yazarı bu barədə son yazısında qeyd edib.

Atilla Gökcə iddia edib ki, Fatih Terimlə Arda Turanı bir qadın barışdıracaq: "Qarışıq günlər yaşayırıq. Klublar "milli ara"dan Super Liqaya dönərkən, milli fiqurlar da "liqa arası"ndan öz normal həyatlarına döndülər. Məsələn, Fatih hoca Amerikadadı... Mərvənin oğlu Yamandan sonra kiçik qızı Busənin uşağı doğulacaq və ikinci dəfə baba olacaq. Kiçik nəvə qızdı. İndidən sağlamlıq, xoşbəxtlik və uzun ömür arzulayırıq.

Arda Turana dönək... Son çempionat matçında 10,87 km qaçmaqla "Barselona"nın ən çox qaçan futbolçusu oldu. Mövsümün əvvəlindən ən çox qaçan ikinci futbolçudu. İki olay da xoşbəxtlik gətirir. Hocamızı da, övladımızı da təbrik edirik.

Bəs buzlar əriyirmi? Hə, önümüzdəki günlərdə qarşılıqlı addımlar atılacaq. Bir qadın əli dəyəcək... İndidən yazım ki, sonra demədi deməyin".


Müəllif:

Oxşar xəbərlər