Donetskin “Şaxtyor” komandası qrup mərhələsinin üçüncü turunda Lvovda Belçikanın “Qent” komandasını darmadağın edib.
Teleqraf.com Ukraynanın “Seqodnya” internet nəşrinə istinadla xəbər verir ki, qonaqların qapısına beş cavabsız qol vurulub.
Fonsekanın komandası bundan əvvəl “Konyaspor” (1:0) və “Braqa” (2:0) komandalarını da məyus edib.
Beləliklə, “şaxtaçılar” Avropa Liqası qrup mərhələsinin 48 iştirakçısı arasında birinci dövrəni öz qapısından heç bir qol buraxmadan başa vurmuş yeganə komandadır.
Doğrudur, cari Çempionlar Liqasında “İstanbulsport” “Şaxtyor”un qapısına bir top vurub, lakin bu hadisə pley-off raundunda qeydə alınıb.