Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq karate turniri təşkil ediləcək.
Teleqraf.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Naxçıvan MR-nın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Naxçıvan MR-nın Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnir Şərur Olimpiya İdman Kompleksində keçiriləcək. Turnirə qatılacaq 10-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər kata və kumite üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Noyabrın 14-də isə beynəlxalq turnirin təntənəli açılış mərasimi keçiriləcək.