19 Fevral 2017 15:25
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokunun ikinci yarış gününə start verilib. On beş ölkədən Azərbaycana təşrif buyuran 85 batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında qüvvələrini sınayır.

Teleqraf.com Azərtac-aistinadən xəbər verir ki, məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alıblar.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirirlər.

Azərbaycan təmsilçisi İlya Qrişunin 110,715 xal yığaraq beşinci nəticə ilə Dünya kubokunun finalına çıxıb. Ondan başqa finala müvafiq olaraq birinci və üçüncü yeri tutmaqla Rusiya nümayəndələri Dmitri Uşakov (112,990 xal) və Mixail Melnik (111,285 xal) vəsiqə qazanıb.

Ötən ilin Olimpiya çempionu, Belarus gimnastı Vladislav Qonçarov 112,055 xal yığıb və ikinci nəticə ilə finala vəsiqə qazanıb.

Digər finalçılar belaruslu Oleq Ryabtsev, Portuqaliyadan Dioqo Abreu, qazaxıstanlı Pirməmməd Əliyev və yaponiyalı Masaki İto olub.


Müəllif:

Oxşar xəbərlər