“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, "Qəbələ"nin və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunçusu “Slaviya” komandasına keçib.
O, Praqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Fəridin yeni komandası zəngin tarixə malik klubdur. 1892-ci ildə yaradılan Praqa təmsilçisi 13 dəfə Çexoslovakiya, 4 dəfə Çexiya çempionu olub. Ötən mövsümdə də bu titula yiyələnən komanda həm də ölkə kubokunun7 qat sahibidir.