Cüdo üzrə ikiqat Paralimpiya çempionumuz İlham Zəkiyev əməliyyat olunub.
Teleqraf.com xəbər verir ki, buna səbəb onun dirsəyindəki zədə olub.
Verilən məlumata əsasən, çempionun əməliyyat İstanbulun klinikalarından birində gerçəkləşdirilib və idmançımız hazırda özünü yaxşı hiss edir.
Qeyd edək ki, İlham Zəkiyevin əməliyyat xərclərini Cüdo Federasiyası öz üzərinə götürüb.