UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qurum “Qarabağ”ın yarımmüdafiəçisi Miçel bu görüşün ən yaxşısı olduğunu bildirib.
Qeyd edək ki, Madridin “Vanda Metropolitano” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb və “Qarabağ”ın yeganə qolunu oyunun 40-cı dəqiqəsində Miçel vurub.