3 Noyabr 2017 10:13
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.

Teleqraf.com AFFA-ya istinadla xəbər verir ki, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.

Müzakirələrin nəticəsində Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.

Qurban Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

İclas zamanı Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevə bəzi şərtlər irəli sürüb. O, şərtlərinə əməl olunduğu təqdirdə təklifi qəbul edəcəyini bildirib.

Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.

R.Abdullayev Qurbanovun bütün şərtlərini qəbul edib və söz verib ki, ona yığmada ən yüksək şərait yaradılacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-sı başa çatacaq.


Müəllif: Samir

Oxşar xəbərlər