"Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas "Formula-1"in yekun mərhələsinin, Əbu-Dabi Qran Prisinin qalibi olub.
Teleqraf.com-un məlumatına görə, yarışı ikinci yerdə onun komanda yoldaşı britaniyalı Lyuis Hemilton başa vurub. "Ferrari" komandasının pilotu Sebastyan Fettel isə Qran Prini 3-cü yerdə bitirib.
Lyuis Hemilton çempionatı 365 xalla, Sebastyan Fettel 317 xalla, Valtteri Bottas isə 305 xalla bitiriblər.
Qeyd edək ki, "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton çempionatın bitməsinə 2 mərhələ qalmış, Meksika Qran Prisində 9-cu yer tutaraq və xal ehtiyyatını 333-ə çatdıraraq çempionatın vaxtından əvvəl qalibi olub.
Lyuis Hemilton titul sayına görə Fettelə və fransalı Alen Prosta çatıb. Onlarda çox bu çempionatın qalibi argentinalı Xuan Manuel (5 dəfə) və almaniyalı Mixael Şumaxer (7 dəfə) olublar.