Azərbaycan Premiyer Liqası çərçivəsində keçirilən “Neftçi” – “Keşlə” matçında bilərəkdən zəif oyun nümayiş etdirdiyinə görə futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidov yeni açıqlama verib.
Futbolçu əməlinə görə peşman olduğunu bildirib və “Keşlə” klubundan, AFFA rəhbərliyindən, futbol ictimaiyyətindən və jurnalistlərdən üzr istəyib.
Futbolçu, həmçinin, “Neftçi” ilə keçirilən oyundan başqa heç bir oyunda zəif iştirak etmədiyini və kontorlara pul qoymadığını qeyd edib.
O bildirib ki, sabiq komandasına transfer olunmaq istəyinə görə zəif çıxış edib və həmin oyunla bağlı kimsə ona xüsusi tapşırıq verməyib./Publika.az/