Çempionlar Liqasının 1/8 final mərhələsində “Beşikdaş”ın rəqibi olan Almaniyanın “Bayern Münhen” klubu Tvitter hesabında türkcə paylaşım edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ilk olaraq “Mərhaba, Beşikdaş” fikrini paylaşan alman klubu daha sonra “Beşiktaş üçün gəlirik” sözlərini yazıb.
Türk klubunun buna cavabı gecikməyib və “Bizi Vernerdən soruş” fikirləri “Beşikdaş”ın rəsmi Tvitter hesabında yayımlanıb.