4 Fevral 2018 19:42
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman şərhçisi Muctaba Sai Güney Azərbaycanın idman sahəsində Azərbaycan-türk dili ilə bağlı yeniliyə imza atıb.

Teleqraf.com xəbər verir ki, o, Təbrizin “Traxtur” və Məşhədin “Pədidə” komandalarının keçirdiyi görüşü ilk dəfə olaraq Azərbaycan dilində şərh edib.

M.Sai Azərbaycan dilində şərh etdiyi oyunun videosunu “İnstaqram” səhifəsində yayıb. Jurnalistin bu hərəkəti azərbaycanlı istifadəçilər tərəfindən alqışlanıb.

İdman şərhçisi ötən günlərdə “İnstaqram” səhifəsində Azərbaycan komandalarının keçirdiyi görüşlərin Azərbaycan dilində şərh edilməsi ilə bağlı icazə alındığını bildirmişdi.

Qeyd edək ki, “Traxtur”-“Pədidə” görüşü fevralın 2-də superliqa yarışlarının 22-ci həftəsi çərçivəsində Məşhəddə keçirilib. Oyun 3:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər