8 İyun 2018 22:39
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina xarici işlr naziri Corc Faurie İsrailin futbol millisi ilə qarşılaşmanın məhz Qüdsdə baş verənlərə görə ləğv edildiyini bildirib.

Argentinanın İsrail ilə hər hansı probleminin olmadığını dilə gətirən Faurie oyunun Hayfa şəhərində keçirilməsinin planlaşdırıldığını, lakin sonradan yerin dəyişdirilərək Qüdsə köçürülməsi barədə açıqlama verildiyini xatırladıb. Oyunun təxirə salınması da məhz bu üzdən baş verib.

Qeyd edək ki, fələstinlilərin etirazlarından sonra Argentina İsraillə yoldaşlıq oyunu keçirməkdən imtina edib. Bir qrup fələstinli Argentina millisinin Barselonada məskunlaşdığı bazanın qarşısında etiraz aksiyası keçirib.

Bütün bunları nəzərə alan Argentina tərəfi isə iyunun 9-na planlaşdırılan matçı ümumiyyətlə ləğv etməyə qərar verib. Onlar həm də Qüdsə getməyi təhlükəsizlik baxımından da əlverişli hesab etməyiblər.


Müəllif: Ruslan

Oxşar xəbərlər