Avqustun 25-də İngiltərə Premyer Liqasının üçüncü turunun ilk oyun gününün sonuncu matçı keçirilib.
"Enfild" stadionuna meydan sahibi "Liverpul" və "Brayton" klubları çıxıb. Hücumlarla bol olan qarşılaşmada oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi "Liverpul" klubunun misirli ulduzu Məhəmməd Salah olub.
Beləliklə, "Liverpul" klubu İngiltərə Premyer Liqasının üçüncü turunu da qələbə ilə başa vurub. Yurqen Klopun yetirmələri birinci turda "Vest-Xem"i (4:0), ikinci turda isə "Kristal Palas"ı (2:0) məğlub ediblər. "Brayton" klubu isə ilk turda "Votford" klubuna (2:0) məğlub olub, ikinci turda gözlənilmədən "Mançester Yunayted" klubunu məğlubiyyətə uğradıb (3:2).
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Volverhemton" - "Mançester Siti" - 1:1
"Bornmut" - "Everton" - 2:2
"Southampton" - "Lester" - 1:2
"Huddersfield" - "Kardiff Siti" - 0:0
"Arsenal" - "Vest-Ham" - 3:1.