1 Sentyabr 2018 00:53
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə - avqustun 31-də növbəti transferini reallaşdırıb.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək.

İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.

Xatırladaq ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyununda Moldovanın “Şerif” klubu üzərində 3:0 hesabı ilə qələbə qazanaraq iki oyunun nəticəsinə görə qrup mərhələsinə yüksəlib.

“Qarabağ” Avroliqanın qrup mərhələsində İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər