25 Avqust 2014 17:09
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 24-də Polşanın Rumia şəhərində bədii gimnastika üzrə 10-cu Baltik Kuboku yekunlaşıb.


Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, komandanın lideri Marina Durunda çoxnövçülükdə parlaq çıxış nümayiş etdirərək, hakimlər tərəfindən 72.400 xalla qiymətləndirilib.

Beləliklə, qızıl medal qazanan gimnastımız geridə iki israilli gimnastı - 71.800 xal toplayan Neta Rivkin və 69.550 xal toplayan Viktoriya Filanovskini geridə qoyub.


M.Durunda, həmçinin gürzlərlə qızıl medal, top və halqa ilə isə gümüş medal qazanıb.

Digər təmsilçimiz Gülsüm Şəfizadə bürünc mükafatdan bir pillə geridə qalaraq, 4-cü nəticəni göstərib.

Turnirdə Azərbaycanı fərdi gimnastlarımız Nilufər Niftalıyeva və Ayşən Bayramova da təmsil ediblər.
Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva yetirmələrinin uğurlarını şərh edib: "Marinanın çıxışı məni çox sevindirdi, onun yarış nəticələri hər yarışdan yarışa stabilləşir. Topla finala qədər yüksələn Ayşən Bayramovanı da qeyd etmək istərdim, bu turnir onun üçün ilk ciddi start idi".


Dünya çempionatı ərəfəsində gimnastlarımızı bu turnirdən başqa daha bir yarış gözləyir. 5-6 sentyabr tarixlərində Kazanda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda ölkəmizi A.Bayramova və N.Niftalıyeva təmsil edəcəklər.


Müəllif:

Oxşar xəbərlər