12 Fevral 2019 20:13
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasına qatılmamasının səbəbini açıqlayıb.

Təcrübəli mütəxəssis açıqlamasında ona vaxtında məlumat verilmədiyi üçün yığıncaqda iştirak etmədiyini bildirib:

"İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim".

Qurbanov "Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı" sualına isə belə cavab verib: "Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub".

Qeyd edək ki, İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Nikola Yurçeviç milli komandamıza baş məşqçi təyin olunub.

/Fanat.az/


Müəllif: Teleqraf.com