9 İyun 2019 12:29
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin Qətərlə keçirdiyi yoxlama oyununda (2:0) zədələnən Neymarın durumuna aydınlıq gəlib.

Teleqraf.com xəbər verir ki, 27 yaşlı hücumçunun sağalma prosesi təxminən bir ay davam edəcək. Bu barədə Neymarın çıxış etdiyi PSJ klubunun rəsmi saytı məlumat yayıb.

Neymar Braziliya millisinin Amerika kuboku turniri matçlarında iştirak edə bilməyəcək.

Amerika kuboku 15 iyun-7 iyul tarixlərində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər