24 İyun 2019 20:59
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real” və “Çelsi” klubunun keçmiş futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda təşkil edilən qarşılaşmada "madridlilər" 5:4 hesabı ilə qalib gəlib.

“Real”ın heyətində Raul Qonsales (2), Fernando Moryentes (2) və Kristian Karambö, “Çelsi” də isə Andrey Şevçenko, Qustavo Poyet, Vilyam Qallas və Floran Maluda fərqləniblər.


Müəllif: Teleqraf.com