17 Avqust 2019 23:54
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.

Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, idmançımız Ülvi Qənizadə ilk mərhələdə erməni güləşçi ilə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb.

Qeyd edək ki, medal qarşılaşmaları avqustun 18-də saat 19:00-da start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər