14 Sentyabr 2019 15:59
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.

Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.


Müəllif: Teleqraf.com