Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, həftənin üçüncü matçında "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan görüşün ilk yarısında hesab açılmayıb. Birinci hissədə əsas diqqət çəkən məqam meydan sahiblərinin azlıqda qalması olub. "Ağ-qaralar"ın yeni transferi Donald Gerye 34-cü dəqiqə ikinci dəfə sarı vərəqə alıb və meydanı tərk edib.
Qarşılaşmanın ikinci hissəsində də tarazılıq pozulmadığından tərəflər 1 xalla kifayətləniblər.
Xalını 7-ə çatdıran "Keşlə" "Zirə" ilə 3-4-cü yerləri bölüşür. "Neftçi" isə 5 xalla 6-cı yerdədir.
Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" isə evdə "Qəbələ" ilə bərabərə qalıb - 1:1. Tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.