Joze Mourinyo İngiltərə "Tottenhem"inin baş məşqçisi kimi debüt matçından qalib ayrılıb.
Teleqraf.com-un məlumatına görə, Premyer Liqanın XIII turuna təsadüf edən açılış oyununda "Vest Hem" səfərdə məğlub edilib - 3:2.
"London Stadium"da 60 minədək azarkeşin izlədiyi qarşılaşmada hesabı 36-cı dəqiqədə Son Hın Min açıb. 43-cü dəqiqədə Lukas Moura fərqi artırıb. 49-cu dəqiqədə Harri Keyn "Tottenhüm"in 3-cü qolunu vurub. Meydan sahibləri Maykl Antonionun 73-cü və Ancelo Oqbonnanın 90+7-ci dəqiqədə vurduğu qollarla fərqi minimuma endiriblər.
Bununla da xallarını 17-yə çatdıran "Tottenhem" 6-cı pilləyə yüksəlib. "Vest Hem" isə 13 xalla 16-cıdır.