25 Sentyabr 2014 17:41
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukrayna mətbuatında UEFA-nın “Qarabağ”ın Avropa Liqasınının qrup mərhələsindəki rəqibi “Dnepr”i cəzalandırması ilə bağlı xəbər yayılıb.

Publika.az xəbər verir ki, Ukrayna klubunun rəsmi saytı bu məlumatı təkzib edib. Klub adından yayılan bəyanatda deyilir:


“Dnepr”in Avropa Liqasındakı matçlarını azarkeşsiz keçirəcəyi ilə ilə bağlı yerli mətbuatda yayılan məlumatlar əsassızdır. “Kopenhagen”lə oyundan sonra UEFA sadəcə, klubumuza xəbərdarlıq edib ki, azarkeşləriniz bir də belə hərəkətlərə yol versə, Avroliqa matçlarınızı boş tribunalar qarşısında keçirməli olacaqsız”.


Qeyd edək ki, Ukrayna mətbuatı “Dnepr”in Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Danimarka “Kopenhagen”i ilə qarşılaşarkən azarkeşlərin yolverilməz davranışlarına görə, klubun cəzalandırıldığını və “Qarabağ”la oyunun boş tribunalar qarşısında keçiriləcəyini yazmışdı.


Müəllif:

Oxşar xəbərlər