"Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliyadakı mehmanxanalarını ödənişsiz xəstəxanalara çevirəcək.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı ulduz xəstəxanalarda işləyəcək həkimlərin və digər işçilərin maaşlarını da özü ödəyəcək.
Qeyd edək ki, Ronaldo onunla eyni klubda forma geyinən Daniele Ruqaninin koronavirusa yoluxması səbəbindən Portuqaliyadan Turinə (İtaliyaya) qayıtmayıb.