Futbol üzrə Belçika yığmasının baş məşqçisi Roberto Martines millidəki işini daha iki il davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, Belçika Futbol Federasiyası 46 yaşlı mütəxəssislə yeni müqavilə barədə razılığa gəlib.
Federasiyanın bu barədə tezliklə rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, Roberto Martines 2016-cı ildən Belçika yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında bu komanda DÇ-2018-in bürünc medallarını qazanıb.