Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə Super Liqasında yaranmış fasilədən istifadə edərək ölkələrinə yollanan “Beşiktaş”ın legionerləri İstanbula qayıdıblar.
Teleqraf.com xəbər verir ki, Viktor Ruis, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Nkudu artıq xüsusi çarter reysləri ilə Türkiyəyə dönüblər.
Amma onlar dərhal karantinə alınıblar. Nəzərdə tutulan karantin müddəti bitdikdən sonra legioner futbolçular da “Beşiktaş”ın bazasında məşqlərə başlaya biləcəklər.