Fevralın 2-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsi çərçivəsində keçirilən matçda “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib.
Teleqraf.com xəbər verir ki, “Bakcell Arena”da keçirilən qarşılaşmada qonaqlar rəqibini minimal hesabla məğlub edib. "Zirə"nin yeganə qolunu 26-cı dəqiqədə İlkin Muradov vurub.
Bu oyunun cavab qarşılaşması fevralın 7-də Zirə İdman Kompleksinin stadionunda saat 17:30-da baş tutacaq.
Xatırladaq ki, ölkə kubokunun dörddəbir final mərhələsinin digər oyunlarında “Səbail” səfərdə “Sumqayıt”ı (0:1), “Qarabağ” öz meydanında “Qəbələ”ni (3:1), “Keşlə” isə doğma divarlar arasında “Kəpəz”i məğlub edib.
Azərbaycan kubokunun dörddəbir final mərhələsində cavab görüşləri isə fevralın 6-da və 7-də keçiriləcək.