3 Mart 2021 20:26
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Turun qapanış matçında isə “Neftçi” “Sabah”ı qəbul edib. Meydan sahibləri bu oyunda 3 xala seviniblər.

Xatırladaq ki, ilk oyun günündə “Səbail” “Keşlə” ilə heç-heçə edib (1:1), “Qarabağ” isə “Qəbələ”ylə ev oyununda 3:0 hesablı darmadağına imza atıb.

Azərbaycan Premyer Liqası
18-ci tur
3 mart

Sumqayıt – Zirə 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev.
Sumqayıt şəhər stadionu, 16:00.

Neftçi – Sabah 2:1
Qol: N.Ələsgərov, 34. M.Abbasov, 64 – T.Xəlilzadə, 90+3-pen.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev.
8-ci km stadionu, 18:15.


Müəllif: Teleqraf.com