28 Oktyabr 2014 10:00
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFА) 2014-cü ildə kişilər arasında "Qızıl top" mükafatı üzrə qısa siyahını dərc edib.

Trend xəbər verir ki, bu barədə TASS agentliyi təşkilatın rəsmi saytına istinadən məlumat yayıb.

Futbolçuların siyahısına 23 oyunçu daxil edilib: Qaret Beyl (Uels), Kərim Benzema (Fransa), Dieqo Kosta (İspaniya), Tibo Kurtua (Belçika), Anxel Di Mariya (Argentina), Kriştianu Ronaldu (Portuqaliya), Mario Qettse (Almaniya), Eden Azar (Belçika), Zlatan İbrahimoviç (İsveç), Andres İnyesta (İspaniya), Toni Kroos (Almaniya) və başqaları.

Üç favoritin adı dekabrın 1-də məlum olacaq, qalib isə 2015-ci il yanvarın 12-də Sürixdə keçirilən mərasimdə elan ediləcək.

Ötən ilin yekunları üzrə “Qızıl top”a “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu layiq görülmüşdü.

FİFA 2014-cü ilin ən yaxşı məşqçisi adına nominantları da açıqlayıb: Joze Mourinyo (Portuqaliya), Karlo Ançelotti (İtaliya), Antonio Konte (İtaliya), Xosep Qvardiola (İspaniya), Yurgen Klinsman (Almaniya), Yoahim Lev (Almaniya), Manuel Pelleqrini (Çili), Alexandro Sabelya (Argentina), Dieqo Simeon (Argentina), Lui van Qal (Niderland).

2013-cü ilin yekunları üzrə Münhenin “Bavariya” futbol klubunda çalışan Yupp Haynkes ilin ən yaxşı məşqçisi adına layiq görülmüşdü.


Müəllif:

Oxşar xəbərlər