31 Oktyabr 2014 20:33
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusu ilə görüş keçirilib.

AGF-nin I vitse-prezidenti Namiq Əliyevin də iştirak etdiyi görüşdə yığma komandalarının məşqçilər korpusunda edilən dəyişikliklər açıqlanıb.

Dəyişikliyə əsasən sərbəst güləş üzrə böyüklərdən ibarət millinin baş məşqçisi Semyon Çterev qadın güləşi üzrə böyüklərdən ibarət yığmamızı çalışdıracaq. Onun köməkçiləri isə Kostantin Konorev (böyük məşqçi qismində) və Arif Fərmanov (məşqçi) olacaq.

Qadın güləşi üzrə yığmamızın baş məşqçisi Yaqub Məmmədov isə gənc qızlardan ibarət yığmaya böyük məşqçi təyin olunub. Ona məşqçi qismində Aslan Ağayev kömək edəcək. Yeniyetmə qızlardan ibarət yığmaya Həsrət Məmmədyarov böyük məşqçi, İsaməddin Hüseynov məşqçi kimi rəhbərlik edəcək.

Sərbəst güləş üzrə milli komandamıza tanış sima dəvət olunub. Belə ki, keçmiş baş məşqçi Saypulla Absaidov yenidən postuna qaytarılıb. Firdovsi Umudov yenə böyük məşqçi postunda qalıb. David Kurtsiya isə məşqçi vəzifəsinə təyin olunub.

Gənclər
Böyük məşqçi - Əsgərxan Novruzov
Məşqçi - Rövşən Hacıyev

Yeniyetmələr
Böyük məşqçi - Nazim Əlicanov
Məşqçi - Vahid Məmmədov
Məşqçi - Rövşən Umudov

Kiçik yaşlı yeniyetmələr
Mehman Nəcəfov
Elşad Allahverdiyev
Mehman Nəcəfov

Yunan-Roma güləşi üzrə millimizdə baş məşqçi vəzifəsini yenə Cəmşid Xeyrəbadi yerinə yetirəcək. Ona Nurəddin Rəcəbov böyük məşqçi, Akif Əliyev və Ayyub Azmudə məşqçi kimi kömək edəcək.
Yunan-Roma yığmasının böyük məşqçisi Şaban Donatın da postu dəyişilib. Gənclər yığmamızda böyük məşqçi kimi Şaban Donat Zöhrab Abbasov və Turac Hüseynov isə məşqçi kimi çalışacaq.

Yeniyetmələr
Böyük məşqçi - Bəhram Mürvətov
Məşqçi - İslam Cəfərov
Məşqçi - Fuad Alıyev

Kiçik yaşlı yeniyetmələr
İlqar Abdulov
Vüqar Aslanov
Rasim Ağayev

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov məşqçilər korpusunda edilən dəyişikliklərlə bağlı belə danışıb:

"Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əmrinə əsasən, yığma komandaların məşqçilər korpusunda dəyişikliklər edildi. İnanırıq ki, dəyişiklik yığma komandaların daha da gücləndirilməsi və güləşçilərin qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşmalarına xidmət edəcək”.


Müəllif:

Oxşar xəbərlər