4 Yanvar 00:13
352

"Mançester Yunayted" İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanında "Vulverhempton"a 0:1 hesabı ilə uduzub.

Teleqraf.com-un məlumatına görə, oyunda yeganə qolu 82-ci dəqiqədə Joau Moutinyu vurub.

"Mançester Yunayted" Premyer Liqada 19 oyundan sonra 31 xalla 7-ci yerdədir. “Vulverhempton” 38 xal toplayıb və səkkizinci pilləyə yüksəlib.


Müəllif: Teleqraf.com