25 Fevral 2022 19:36
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley hərəkətinə biganə qalmayıb.

Teleqraf.com xəbər verir ki, Avropa futbol qurumunun baş katibi Corco Marketti turnirin 1/8 final mərhələsinin püşkatması zamanı 50 yaşlı mütəxəssisin jestinə görə "köhlən atlar"a təşəkkür edib.

Marketti bunu alqışalayiq addım adlandırıb: "Qarabağ"ın inanılmaz idman ruhu və feyr-pley jestini qeyd etmək istərdim. Onlar baş hakimdən vurduqları qolun ləğv olunmasını xahiş edib. Əla, cənablar! Sizin turnirdəki çıxışınız möhtəşəm idi. Ədalətli oyununuz isə alqışa layiqdir, tərifə və hörmətə layiqdir. Bu, həqiqətən xüsusi an idi".

Qeyd edək ki, "Qarabağ"ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə "Marsel"in qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1. Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini bildiriblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər