8 Avqust 2022 08:18
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messini yenidən komandaya qaytarmaq üçün danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, klub rəsmiləri futbolçunun nümayəndələri ilə 2023-cü ildə komandaya keçidin şərtlərini müzakirə edirlər.

Ssenarilərdən biri Messinin PSJ ilə müqaviləni pozmasını və Barselona ilə bir, yaxud iki mövsümlük müqavilə imzalamasından ibarətdir.

Futbolçunun Amerika MLS liqasındakı klublardan birinə keçmək təklifi də var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər