27 Noyabr 2022 00:59
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina - Meksika matçı 2:0 hesabı ilə Argentina millisinin xeyrinə başa çatıb.

Teleqraf.com xəbər verir ki, qolları 64-cü dəqiqədə Lionel Messi, 87-ci dəqiqədə isə Entso Fernandes vurub.

Argentina bu qələbə ilə qrupda ikinci yerə yüksəlib. Siyahıya isə 4 xalla Polşa millisi başçılıq edir.

***

00:51

Dünya çempionatı çərçivəsində Qətərdə keçirilən Argentina - Meksika matçında Argentina yenə fərqlənməyi bacarıb.

Teleqraf.com xəbər verir ki, bu dəfə meksika qapısına Antso Fernandes yol tapıb. O 87-ci dəqiqədə hesabı 2:0-a çatdırıb.

***

00:28

Argentina - Meksika matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 64-cü dəqiqədə ulduz futbolçu Lionel Messi fərqlənib. O vurduğu qolla meksikalıları meydanın mərkəzinə dəvət edib.

***

00:08

Qətərdə keçirilən dünya çempionatının 2-ci turunda Argentina - Meksika matçında ikinci hissə başladı.

Teleqraf.com xəbər verir ki, ilk yarıda gözləntiləri qarşılaya bilməyən Argentina millisi ikinci hissədə Meksika səddini aşmağa çalışacaq.

***

23:53

Argentina - Meksika matçında ilk hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, komandalar ilk yarını qolsuz bərabərliklə tamamlayıblar.

***

23:01

Dünya çempionatında üz-üzə gələn Argentina - Meksika milliləri arasında keçirilən oyuna start verilib.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtilə 23:00-da başlayıb.

***

Bu gün Qətərdə keçirilən dünya çempionatının 2-ci turunda Argentina - Meksika milliləri qarşı-qarşıya gələcəklər.

Teleqraf.com xəbər verir ki, saat 23:00-da başlayacaq oyunda komandalar bu heyətlə meydana çıxacaqlar.

Argentina: Dibu Martinez, Montiel, Lisandro Martinez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi

Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa


Müəllif: Pərvin Cəfərova