Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın iki oyununu izləyəcək.
Teleqraf.com AFFA-nın saytına istinadən məlumat verir ki, Premyer Liqanın XVI turu çərçivəsində dekabrın 14-də, saat 14:00-da “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" və saat 17:00-da “Bakcell Arena”da baş tutacaq “Neftçi” - “Sumqayıt” oyununu izləyəcək.