AFFA-da qeyri-adi hadisə baş verib.
Olimpiya.az-ın məlumatına görə, adının FİFA-ya göndərilən 4 nəfərlik siyahıda axırıncı göstərilməsindən xəbər tutan hakim Anar Salmanov federasiyaya gəlib.
Qalmaqal da onun iştirakı ilə olub. Beynəlxalq dərəcəli oyunlardan kimin tapşırığı ilə uzaqlaşdırılmasını öyrənmək üçün Hakimlər Komitəsinin sədrinin kabinetinə yollanan Salmanov Xaqani Məmmədovun təhqiredici ifadələri ilə üzləşib. Anar Salmanov əsəblərini cilovlaya bilməyib. Beləcə, iki şəxs arasında söyüşlü mübahisə sillə-təpiyə keçib. Komitə sədrinə əl qaldıran referini AFFA-nın binasından güclə uzaqlaşdırıblar.