18 Aprel 2023 20:37
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Teleqraf.com xəbər verir ki, bu gün ilk oyun keçirilib.

Həm Premyer Liqa, həm də ölkə kubokundan avrokuboklara vəsiqə şansını davam etdirən “Qəbələ” çempionatın autsayderi “Səbail”i qəbul edib.

Baş məşqçi Şahin Diniyev əsasən ehtiyat qüvvəyə şans verməsinə baxmayaraq, “Səbail” gözlənilmədən birinci hissədə ardıcıl iki qol vurub. Əvvəlcə 9-cu dəqiqədə İlkin Muradov hesabı açıb. 21-ci dəqiqədə Emil Martinov fərqi iki topa çatdırıb.

Buna baxmayaraq, meydan sahibləri geridönüş etməyi bacarıblar. Braziliyalı yarımmüdafiəçi Rafael Utziq 34 və 66-cı dəqiqələrdə fərqlənərək, status-kvonu bərpa edib. 74-cü dəqiqədə isə onun həmyerlisi Felipe Santos “qırmızı-qaralar”a 3:2 hesablı qələbə qazandıran qola imza atıb.

Bu komandalar arasında cavab matçı aprelin 27-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər