“Sumqayıt” futbol klubu məşqçisi Emil Babayevlə vidalaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sumqayıt” təmsilçisi sosial şəbəkədə paylaşım edib.
Bildirilib ki, qapıçılar üzrə məşqçinin müqavilə müddəti başa çatıb.
Rəhbərlik 42 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamamaq qərarına gəlib.