Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
Teleqraf.com xəbər verir ki, bu gün qadın stend atıcılar trap növündə mübarizə aparıblar.
Təsnifat mərhələsinin ilk günündə Azərbaycan təmsilçiləri Ülviyyə Eyvazova və Aydan Camalova stenddə dəqiqliyini yoxlayıblar.
68 xal toplayan Aydan 18-ci yeri tutub. Ülviyyə isə 64 xalla 26-cı olub.
Qeyd edək ki, təsnifat mərhələsinə sabah yekun vurulacaq.
***
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Teleqraf.com xəbər verir ki, yarışın onuncu günündə Azərbaycan idmançıları 3 növdə mübarizə aparacaqlar.
Ölkə təmsilçiləri atıcılıq, badminton və çimərlik futbolunda qüvvələrini sınayacaqlar.
Atıcılıq
11:00. Kişilər (25 metr məsafəyə tapança ilə sürətli atəş açma, təsnifat mərhələsi, 1-ci gün): Ruslan Lunyov
11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 1-ci gün): Ülviyyə Eyvazova, Aydan Camalova
Badminton
13:00. Kişilər (fərdi, 1/8 final): Edi Reski Dviçayo – Kalle Kolyonen (Finlandiya)
13:00. Qadınlar (fərdi, 1/8 final): Keyşa Fatime Zəhra – Jenjira Stadelmann (İsveçrə)
Çimərlik futbolu
18:00. Kişilər. A qrupu, III tur: Azərbaycan - İspaniya