Türkiyənin “Qalatasaray” klubu PSJ ilə argentinalı hücumçu Mauro İkardinin keçidi üzrə danışıqlara başladığını rəsmən açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hücumçu ilə İstanbul klubu arasında üç illik müqavilə imzalanacaq.
Bildirilir ki, İkardinin transferi “Cim-bom”a 26 milyon avroya başa gələcək. Bu vəsaitin 10 milyon avroluq hissəsi Fransa klubuna ödəniləcək. İkardinin özü isə illik 5.3 milyon avro məvacib alacaq.
Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında “sarı-qırmızılar”ın heyətində keçirib.