İngiltərənin əfsanəvi futbolçusu Bobbi Çarlton 87 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə KİV-ləri məlumat yayıb.
Mərhum demensiyadan əziyyət çəkirmiş.
Qeyd edək ki, İngiltərə millisinin yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. O, həmin il "Qızıl top"la mükafatlandırılıb. 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. İdmançı "Mançester Yunayted"lə Avropa çempionları kubokunun qalibi olub.